Surprise Me!

Qədr surəsi, 1-5-ci ayələrinin təfsiri

2015-04-04 13 Dailymotion

Hörmətli Adnan Oktarın 3 avqust 2013-cü ildəki söhbətindən Qədr surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Qədr surəsi, Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınaram: "Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik!"  Yəni, Qurani Kərimi, amma Allah “onu” deməklə, eyni zamanda Quranla yanaşı hz. İsa Məsih (ə.s)-ın da Qədr gecəsində enəcəyinə işarə edə bilər. Yoxsa Allah, açıq-aşkar Allah "Quranı" deyərdi amma sırf Quran demir, "onu" deyir. Buradan da anlayırıq ki, Hz. İsa Məsih (ə.s)-a da işarə var. "Qədr gecəsinin nə olduğunu sənə bildirən nədir?"  Yəni “bu məlumatı haradan götürdün?” deyir Allah. Allah burada, bütün məlumatların Ondan (Allahdan) gəldiyini bir daha xatırladır. Çünki bu, vəhylə gələn məlumat Peyğəmbərimiz (s.ə.v)-ə Allah tərəfindən gəlirdi. "Qədr gecəsi, min aydan daha xeyirlidir." Burada, Allah 1000 rəqəminə xüsusilə diqqət çəkib. 3-cü ayə olduğuna görə, 2-ci min bitd