Hörmətli Adnan Oktarın 26 noyabr 2010-ci il tarixli reportajından Təhrim surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Təhrim surəsini açmısınız. Rəhman və Rəhim olan Allahın adı ilə, şeytandan Allaha sığınıram. "Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün haram qılırsan?. Allah Bağışlayandır, Rəhmlidir". Zövcələri Peyğəmbərimiz (s.ə.v)-i bir qədər çətinliyə salırlar. Yəni çətinliyin içinə salırlar. Peyğəmbərimiz (s.ə.v) də onlardan inciyir və Allahın halal etdiyi, onun üçün halal olan, gözəl olan bir şeyi haram qılır. "Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, hökm və hikmət sahibidir". Peyğəmbərimiz (s.ə.v)-ə: "And içdin, amma andından azad ol, kəffarə verməklə azad ola bilərsən" deyir. Yəni o dövrdə xanımların arasında elə bir problem yaranmışdır. "Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu on