Surprise Me!

Türkiyədə gəmi batdı: 39 ölü

2016-01-31 17 Dailymotion

Çanaqqala sahillərində göyərtəsində uşaqların da olduğu daha bir miqrant gəmisi qəzaya uğrayıb. APA TV-nin türk mətbuatına istinadən xəbərinə görə, baş vermiş hadisə nəticəsində ilkin məlumatlara əsasən, 39 nəfər ölüb.

Gəmi sərnişinlərinin əsasən Birma, Əfqanıstan və Suriya əsilli miqrantların olduğu bildirilir.

İlkin bilgilərə görə, xilasedicilər 75 nəfəri sulardan xilas etməyə müvəffəq olub. Onlara elə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.

Hazırda sahildə onlarla təcili yardım briqadası növbə çəkir.

Bölgədə xilasetmə əməliyyatları davam edir.