Rusiya Türkiyə ilə münasibətlərin yenidən gərginləşməsinə baxmayaraq Suriyanın bu ölkə ilə sərhədlərində hərbi əməliyyatları davam etdirməkdə israrlıdır.
APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, Rusiya Müdafiə Nazirliyi bölgəyə yeni SU-35S qırıcıları göndərilməsi barədə qərar qəbul edib.
Bu dörd qırıcı Rusiyanın başqa-başqa aerodromlarından qalxaraq Həştərxana enib və Xəzər dənizi üzərindən keçərək, İran və İraq səmasından istifadə etməklə Suriyanın Latakiya bölgəsinə gətirilib.
Hazırda Xmeymim bazasında 70 təyyarə və helikopter yerləşdirildiyi Rusiya Hərbi Hava Qüvvələri tərəfindən təsdiqləyib.