Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Daşqın İsmayılova məxsus evdən 50 000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Aynurə Məlikova saxlanılıb. Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayevin APA TV-yə verdiyi məlumata görə, saxlanan şəxs oğurluq etdiyi mənzildə yaşayanların yaxın qohumudur. Aynurə Məlikova oğurluq faktını etiraf edib və bildirib ki, bu addımı atmasına səbəb ev sahibi ilə aralarında yaranan ədavətdir. Faktla bağlı araşdırma aparılır.