Surprise Me!

Brilliant Dadaşova və Cavanşir Quliyev - Aman, ayrılıq!

2017-03-08 70 Dailymotion

Musiqisi / Music : Cavanşir Quliyev

Sözləri / Lyrics : Məhəmməd Şəhriyar

Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq.
Gözə sovrulan saman ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!

Bir gözün açar, bir gözün yumar,
Arazı serin gördükde umar,
Xəzəri dərin gördükdə cumar,
Qəm dəryasına cuman ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!

Arazım vursun baş daşdan-daşa,
Göz yaşı gərək başlardan aşa,
Necə yad olsun qardaş qardaşa?
Nə din qanır, nə iman ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!

Dedim: ayrılıq, qınama məni,
Səni görmüşəm ellər düşməni,
Yüz min kərə de sınayam səni,
Aman ayrılıq, haman ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!

Köylərin, günün, ayın gizlədir,
Ulduz axtarır, sayın gizlədir,
Oxunu atır, yayın gizlədir,
Qəddimi eden kaman ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!

Sən unutsan da, Süləyman, meni,
Unutmayacaq Şehriyar səni,
Yaz gələr, bülbül qapsar çəməni,
İndilik sevsin zaman ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!

Ayrılıq gələ, bir kərəm qıla,
Bir neçə gün də bizdən ayrıla,
Qəm de bir biz tək sarala-sola,
Hanı bir belə guman, ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!

Amansız gözün yuman ayrılıq,
Cansızlığından uman ayrılıq,
Qanla yazılmış roman ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!
Aman, ayrılıq, aman, aynlıq!